ÜZÜNÜN DƏRİSİ GETMƏK
ÜZÜNÜN SUYU GETMƏK (TÖKÜLMƏK)
OBASTAN VİKİ
Qulaq pərdəsi
Qulaq pərdəsi (lat. membrana tympani) — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - lat. anulus fibrocartilagineus vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - lat. umbo membranaetympani adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - lat. stratum curaneum, daxili səthi orta qulağın selikli qişası - lat. stratum mucosum ilə örtülüdür.
Qızlıq pərdəsi
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.